"Qalatasaray"a bəd xəbər: Tevez bu gün oynaya bilər

19:12 - 2 Oktyabr 2013

Tevez 20 nəfərlik heyətə daxil edilidi
 
 
A seriyasının son turunda “Torino” ilə matçda zədələnən “Yuventus”un hücumçusu Karlos Tevezin bu gün Çempionlar Liqasında “Qalatasaray”la matçda iştirakı sual altında idi.
 
Sportal.az xəbər verir ki, lakin bir qədər əvvəl məlum olub ki, Tevez bu gün meydana çıxa biləcək. Belə ki, Turin klubunun məşqçilər korpusu argentinalı ulduz futbolçunu qarşılaşmanın iştirak ərizəsinə salıblar. Tevezin 20 nəfərlik heyətdə olsa da, onun oynayıb-oynamayacağına baş məşqçi Konte qərar verəcək.
 
Qeyd edək ki, “Yuventus” – “Qalatasaray” oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər xətti