Çempionlar Liqasının ən yaxşıları: Görün kimlər yoxdur FOTO

14:07 - 3 Oktyabr 2013

"Barsa"dan heç kim simvolik yığmaya düşə bilmədi
 
 
Çempionlar Liqasının 2-ci tur mərhələsindən sonra simvolik yığma heyəti qurulub. 
 
Sportal.az xəbər verir ki, heyətdə, "Real" Madridin superforvardı Kriştiano Ronaldo 2 qol vurmasına baxmayaraq, yoxdur. "Barselona"nı heç bir futbolçu təmsil etmir, London klubunun 4 futbolçusu heyətə daxil olub. "Olimpiakos"un forvardı Mitroqlu və PSJ-nin forvardı Zlatan İbrahimoviç yığmanın forvadlarıdır. 
 
Qapıçı: Roberto ("Olimpiakos") 
Müdafiəçilər: İvanoviç, Luiz (ikisi də "Çelsi"), Markinyos (PSJ), Marselo ("Real" Madrid) 
Yarımmüdafiəçilər: Di Maria ("Real" Madrid), Ramires ("Çelsi"), "Qabi" ("Atletiko" Madrid), Şürle ("Çelsi") 
Hücumçular: Zlatan İbrahimoviç (PSJ), K. Mitroqlu ("Olimpiakos") 
 

Xəbər xətti