Əli Gökdəmir komandaya milliyə nə zaman qoşulacaq?

14:56 - 3 Oktyabr 2013

Millimiz nə vaxt məşqlərə başlayacaq?
 
 
Azərbaycan milli komandasının oktyabrın 5-dən 15-dək Bakı şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dəvət edilmiş Əli Gökdəmir komandanın hazırlıq prosesinə oktyabrın 7-də qoşulacaq.

Sportal.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimiz oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq. Hər iki oyun "Bakcell Arena"da keçiriləcək.

Xəbər xətti