"Qarabağ" oyuna hazırdı

15:45 - 3 Oktyabr 2013

Ağdam təmsilçisi hazırlıqları başa vurdu
 
"Qarabağ" "Bakı"yla oyunun hazırlıqlarını tamamlayıb.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın ilk dövrəsinin sonuncu turunda paytaxt təmsilçisini qəbul edəcək Ağdam klubu nəhayət ki, Respublika stadionuna dönüşünü reallaşdıracaq. Bu mövsüm mərkəzi arenanın ot örtüyünün qeyri- qənaətbəxş olması səbəbindən komanda ilk dövrədəki ev oyunlarını "Bakcell-Arena" və "Dalğa-Arena"da keçirməyə məcbur olmuşdu.
 
Sabah keçiriləcək "Qarabağ" - "Bakı" oyunu saat 20:00-da start götürəcək və "İdman-Azərbaycan" kanalıyla canlı yayımlanacaq.

Xəbər xətti