Çempionatda ara qarışdı, polislər "XL"in futbolçularına hücum çəkdilər

19:10 - 3 Oktyabr 2013

"Rəvan"- "Xəzər Lənkəran" oyunu qalmaqalla yadda qaldı
 
Bu gün əvəzedicilərin çempionatında "Rəvan" "Xəzər Lənkəran"ı qəbul edib.
 
Həmin görüşdə hakim verdiyi penalti qərarını ləğv etdikdən sonra ara qarışıb. Bu barədə qonaqların hücumçusu Fikrət Ulduzlu  Sportal.az-a açıqlamasında bildirib:
"Nail Nağıyev yeni hakim idi. İlk dəfə idi ki, əvəzedicilərin çempionatında oyun idarə edirdi. Hakim verdiyi penaltini ləğv etdi, biz də öz etirazımızı bildirdik. Gördük ki, oyundakı polislər bizim üzərimizə  hücuma gəlirlər, meydanda ara qarışdı. Başa düşə bilmirəm ki, polis futbolçuya niyə hücum çəkməlidir?."

Xəbər xətti