Kazım Kazımlı: "Birinci dəfədir ki, belə şey görürəm"

21:57 - 3 Oktyabr 2013

Kazım Kazımlı: Bizə çox hörmətsizlik oldu

 

"Mən birinci dəfədir görürəm ki, hakim penalti verir, sonra qərarını dəyişir."
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın əvəzedici komandasının üzvü Kazım Kazımlı deyib. Futbolçu "Rəvan"la qalmaqallı oyundan danışıb:
 
" Yan hakimdən də yaxşı oyunu baş hakim görürdü. Oyunda 10 dəqiqə fasilə olur. Oyuna 5 dəqiqə artırır. Polisin ixtiyarı yoxdu ki, futbolçunu itələsin. Biz "Xəzər Lənkəran" olaraq bütün istər qonaq komanda istərsə də, hakimlərə çox yaxşı münasibət göstəririk. Amma bizə çox hörmətsizlik oldu. Oyundan sonra heç çimməyə isti su da yox idi." 

Xəbər xətti