"İnter" Sumqayıtda məşq etdi

01:08 - 4 Oktyabr 2013

Komanda oyun saatını gözləyir
 
Bu gün  Premyer Liqanın 9-cu turu çərçivəsində "İnter" klubu səfərdə “Sumqayıt”ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, komanda ötən gün Sumqayıta gəlib və saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq çıxıb. 

Məşq 1 saata yaxın davam edib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar, məşq prosesi asma və qapıya zərbələrlə tamamlanıb. Futbolçular oyunöncəsi son hazırlıqlarını digər taktiki tapşırıqları yerinə yetirməklə başa vurublar.
 
Qeyd edək ki, "Sumqayıt" - "İnter" matçı sabah saat 16:00-da başlayacaq.

Xəbər xətti