Ruslan Abışov həm rus azarkeşlərinin, həm də mətbuatın sevgisini qazanıb

01:20 - 4 Oktyabr 2013

Ruslan Abışov alqışlanaraq meydanı tərk edib
 
Milli komandamızın üzvü Ruslan Abışovun komandası “Rubin”in bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Zulte-Varegem”i 4:0 hesabı ilə udduğunu xəbər vermişdik.
 
Sportal.az xəbər verir ki, bir daha vurğulayaq ki, oyuna ilk “11-lik”də çıxan Ruslan 74 dəqiqə meydançada olub. Əvəzlənərkən isə “Rubin” azarkeşləri onu gurultulu alqışlara qonaq ediblər. Bundan əlavə, Rusiyanın tanınmış portalı football.kulichki.net oyunun onlayn reportajında həmyerlimizi tərifləyib. Onlar Abışovun oyunu yüksək səviyyədə keçirdiyini yazıblar. 

Xəbər xətti