"Xəzər Lənkəran"dan növbəti xal itkisi

19:54 - 4 Oktyabr 2013

"Ağ yaşıllar" qələbə qazana biləcəkmi?

 
Bu gün Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, "Rəvan" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edəcək. Bu oyun həm "Rəvan", həm də "Xəzər Lənkəran" üçün vacibdir. Belə ki, "ağ yaşıllar" son turda "İnter"ə uduzmaqla özünü çətin vəziyyətdə qoydu. "Rəvan"ın isə ümumi çempionatda cəmi bir qələbəsi var. 
 
18:00. “Rəvan” – “Xəzər Lənkəran” 1:1
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Zeynal Zeynalov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
“Bayıl Arena” stadionu
 
Artıq komandaların start heyətləri məlumdur. Mbilla Etame meydana çıxmayacaq.
 
Oyun başladı
1.Zoahir Benouahi qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı
1.. Nildo fürsətdən yararlana bilmədi
2. Sakkoni fürsətdən yararlana bilmədi
5. Elnur Abdullayevin təhlükəli zərbəsini qapıçı zərərsizləşdirdi
8.Sakkonin möhtəşəm cərimə zərbəsini Sapela dəf edir
10. Nildonun təhlükəli zərbəsi, yenə Sapela
13. Oyun tam olaraq "Xəzər Lənkəran"ın üstünlüyü şəraitində keçir. Meydan sahibləri mərkəzi keçməkdə çətinlik çəkirlər. 
16. "Rəvan"ın ilk hücumu Elnur Abdulovun zərbəsini Leyte küncə çıxarır.
18. QOL: "Rəvan" hesabı açır. Sahib Savankulov küncdən ötürməni dəqiq baş zərbəsi ilə tamamlayır.
24. Nildonun baş zərbəsini Sapela tutur.
25. "Xəzər Lənkəran"dan daha bir təhlükə. Nə Nildo, nə Zoahir Skarlatakenin təhlükəli ötürməsinə çata bilmədi
26. Rahid Əmirquliyevin güclü zərbəsini Sapela küncə çıxarır
27. "XL" qol vurdu, hakim ofsayd verdi
32. "Xəzər Lənkəran"dan daha bir təhlükə. Zohair Benouahi fürsətdən istifadə edə bilmədi
41. Skarduellinin təhülkəli zərbəsi azca qapıdan aralı keçdi
44. Zoahir Benouahi boş qapıdan topu keçirə bilmədi
45+1. Sakkoni boş qapıya topu göndərə bilmir
İlk hissə bitdi
 
İkinci hissə başladı
Tounkara meydana daxil olur. O Zohair Benouahini əvəz edir
47. Nildo fürsəti boşa verdi
53. Sakkonin möhtəşəm zərbəsini Sapela eyni gözəlliklə qapının üstündən aşırdı.
53. Nildonun baş zərbəsi qapı tirindən geri döndü
58. Vareanın möhtəşəm zərbəsini Duqals Leyte dəf etdi
64. Ağabala Ramazanov təkbətək epizodda topu qapıdan kənara vurdu
Sakkoni çıxır Etame meydana daxil olur
69. Nildonun boş qapıya göndərdiyi topu "Rəvan"ın müdafiəçisi qapıdan çıxarır. Novruz Məmmədov əla oynuyur
72. Nildo yenə fərqlənə bilmir
75. QOL. Nildo fərqlənir
76. Nildo yenə fərqlənə bilmir
78. Rəşad Abdullayevin möhtəşəm cərimə zərbəsini Leyte geri qaytarır
82. Rahid Əmirquliyevin zərbəsini Sapela tutur
84. Tounkara təkbətək epizoddan yararlana bilmədi
85. Etame təkbətək epizoddan istifadə edə bilmir
90. Etame fürsəti boşa verir

Xəbər xətti