"Qarabağ" "Bakı"nı darmadağın etdi YENİLƏNİB

21:48 - 4 Oktyabr 2013

Şüvəlanda heç-heçə
 
Bu gün Premyer Liqada IX turun oyunları keçiriləcək.

Sportal.az xəbər verir ki, millinin toplanışı olacağına görə, turun bütün oyunları eyni gündə baş tutacaq.

Tura saat 16:00-da baş tutacaq "Sumqayıt" - "İnter" və "Qəbələ" - "Neftçi" matçı ilə start veriləcək. 

Turun mərkəzi oyunu "Qəbələ"nin doğma azarkeşləri önündə qəbul etdiyi "Neftçi" ilə matçı saymaq olar. İlk dövrənin çempionu bu matçdan sonra bilinəcək.  Günün digər maraqlı qarşılaşması isə mərkəzi arenada baş tutacaq. 4 həftədir qələbəyə həsrət qalan Ağdam təmsilçisi "Qarabağ" son həftələrin formada olan komandası "Bakı"nı qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.
 
4 oktyabr (cümə)

 
18:00. AZAL – “Simurq” 1:1 
Qol: Qərib İbrahimov, 23 - Rəşad Eyyubov: 51-pen
“AZAL Arena” stadionu
 
16:00. “Sumqayıt” – “İnter 0:2
Qol:Maqamed Mirzəbəyov, 11 (öz qapısına), Vaqif Cavadov 29,
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 
16:00. “Qəbələ” – “Neftçi” 1:2
Qol: Ebesilyo, 7, Mahir şükürov ,25, Rəşad Sadiqov 55,
Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Bakı” 3:0

Qol: Ansi Aqoli, 37, Vüqar Nadirov, 42 : Riçard Almeyda, 44
T.Bəhramov adına Respublika stadionu


 

Xəbər xətti