"Bu oyun digər matçlardan fərqlənirdi"

22:05 - 4 Oktyabr 2013

Qurban Qurbanov: " "Bakı" hər bir rəqib üçün çətindir"

 

"Vacib oyunda lazımlı nəticə əldə etdik. Bu oyun digər matçlardan fərqlənirdi. İlk dəqiqələrdən istənilən oyunu göstərə bildik." 

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov azarkeşləri də yaddan çıxartmadı:

 

"3 baxımlı qol vurdu komandam. İkinci hissə də pis başlamadıq. Amma son zərbələri vura bilmədik. Bu gün futbolçularım özlərini maksimum səviyyədə göstərdilər. Azarkeşlərimiz də bizi tək qoymadığı üçün onlara sağol deyirəm.  "Bakı" hər bir rəqib üçün çətindir. Onlar mürəkkəb bir taktika ilə oynayırlar. Oyunçularımı istirahətə buraxıram. Milli komandamıza da uğurlar arzu edirəm. 

 

Düşünürəm ki, ot örtüyünün daha da yaxşı olması üçün vaxtlarını sərf edəcəklər"

Xəbər xətti