Qol vurdu, söyüşlərə məruz qaldı

01:47 - 5 Oktyabr 2013

Mahir Şükürov yenə söyüldü
 
Baş tutan “Qəbələ” – “Neftçi” matçında xoşagəlməz olay yaşanıb.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın IX turu çərçivəsində keçirilən görüşdə meydan sahiblərinin azarkeşləri baş hakim Rauf Cabbarovla rəqib komandanın futbolçusu Mahir Şükürovun ünvanına ağır söyüşlər işlətdiblər. 
 
Fanatlar referini “Qəbələ”nin qapısına penalti təyin etdiyi üçün təhqir etdikləri halda, Şükürov əyalət təmsilçinin sabiq futbolçusu olduğuna görə söyülüb. Daha doğrusu, Mahir Qəbələni narazılıqla tərk etməyin əziyyətini çəkir. 

Xəbər xətti