Nildo Toşakın sözünü təsdiqlədi MÜSAHİBƏ

10:33 - 5 Oktyabr 2013

"Heç vaxt geri addım atmayacağam"
 
“Xəzər Lənkəran” klubunun braziliyalı forvardı Franko Nildonun Sportal.az-a müsahibəsi:
 
- İlk növbədə səni “Rəvan”ın qapısından keçirdiyin qola görə təbrik edirəm. Amma təbrikdən çox tənqid edirəm. Bu qədər qol epizodunu sağa sola xərcləməyinin səbəbi nədir?
- Mən buna görə çox məyusam. Bu futboldu. Hər şey olur. Amma inanın ki, mən hər oyunda komandamın qələbə qazanması üçün çalışıram. Heç vaxt geri addım atmayacağam. Çalışacağam ki, komandam irəli getsin. Mən vuruşacağam.
 
- Biri zərbəsi də Bayıl küçələrinə getdi. Amma transferi üçün bu qədər pul xərclənən futbolçu bunu etməməli idi...
- Heç bir futbolçu bunu etmək istəməz. Məncə, hər bir futbolçu öz komandasına xeyir vermək arzusundadır. Mən demək istəmirəm ki, futbolda belə şeylər olur. Amma nə edəsən ki, həqiqətən də belə hallar olur.
 
- Toşak dedi ki, sən bu oyundan sonra gecə yatmayacaqsan. Bunu zarafat kimi qəbul edək, yoxsa həqiqətən də səndə belə narahatlıq var?
- Doğru deyir. Bu mənim normal futbolum deyil. Heç kimi qınamıram. Günah məndədir.
 
- AZAL-da vəziyyət fərqli idi. Həm az pul alırdın, həm də kiçik kütlə qarşısın da oynayırdın. Bu gün isə çox pul alırsan, yaxşı yarımmüdafiəçilərlə oynaylrsan, amma öz oyununu tapa bilmirsən. Analoji vəziyyətə necə şərh verərdin?
- Mən müqayisə aparmaq istəmirəm. Bu gün ağ-yaşıl rənglər üçün oynayıram, mübarizə aparıram. Əmin olun, elə vəziyyətlər olacaq ki, mən istəməsəm də, top qapıya girəcək.

Xəbər xətti