Maksim Medvedev: "Yemək yeyəndən sonra adamda iştah qalmır" MÜSAHİBƏ

12:47 - 5 Oktyabr 2013

"Qarabağ" çoxdandır göstərmək istədiyi oyununu meydanda göstərdi"
 
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin müsahibəsi
 
- Maksim “Bakı” üzərindəki qələbəni necə şərh edərdin?
- “Qarabağ” çoxdandır göstərmək istədiyi oyununu meydanda göstərdi. Yaxşı top saxlayırdıq. Son 4 oyunda itirdiyimiz xallardan sonra bizə mütləq qələbə lazım idi. Biz ilk hissədə yaxşı oynayıb 3 qol vurduq. Bu 3 xal çox vacibdir. “Neftçi” ilə 1-ci, 2-ci yerləri bölüşdürürük. Amma belə davam etsək, yaxşı olacaq.
 
- Tofiq Bəhramov adına stadiona qayıdışınızın qələbədə rolu varmı?
- Düzdü, rolu var. Həm bu stadion böyükdür, həm də biz burda daha rahat top saxlayırıq. Biz də bildiyiniz kimi elə komandayıq ki, rəqibi topsuz saxlamaqla rəqibi yormağa çalışırıq. Bugünki oyunda elə birinci hissədən görünürdü ki, “Qarabağ” rəqibindən güclüdür.
 
- İkinci hissədə komanda sanki arxayınlaşmışdı...
- Belə deyək də, yemək yeyəndən sonra adam doyur. 3:0-dan sonra komanda boşalmağa başladı. Braziliyalılar meydanda maraqlı nəsə göstərmək istəyirdi. Vüqar təkbətək çıxdı vurmadı. Gelaşviliyə ötürmə verdi ki, o da vursun. Bir az belə şeylər olur. Bir tərəfdən baxanda yaxşıdır, digər tərəfdən isə 5:0 və ya 6:0 daha yaxşı olardı. Amma sonda 3 xal qazandıq.
 
- “Qarabağ”ın qeyri-stabil çıxışının səbəbi nədir?
- Əgər fikir verdinizsə, “Bakı” ilk hissədə biz pressinq tətbiq edirdi, yaxşı futbol oynayırdı. Meydanda maraqlı oyun gedirdi, rəqibin də qol şansları var idi, bizim də. Amma başqa komandalar isə müdafiəyə daha çox diqqət yetirirlər. Mən özüm də müdafiəçi olsam da, hücumlarda tez-tez iştirak edirdim, rəqibin cərimə meydançasına belə girirdim. Bizim 4 hücumçumuz onların 4 müdafiəçisinə qarşı oynuyurdu. Başqaları ilə olmur.
 
- Belə çıxır ki, “Neftçi” futbol oynamır...
- Niyə?
 
- Çünki həmin oyunda da qol olmadı...
- Yox, elə deməzdim. Sadəcə “Neftçi” və “Qarabağ” eyni cür futbol oynayır. Ona görə də həmin oyunda demək olar ki, hər iki rəqib bir-birindən çəkinirdi.
 
- Çempionluq yarışından kimi silərdin?
- Belə güclü komandaların heç birini hələ silmək olmaz. Amma “Sumqayıt” məsələn indidən demək olar ki, autsayderdir. Çünki onları arxsinca daşıya biləcək təcrübəli futbolçuları azdır. Qalan komandalara haqqında hələ heç nə demək olmaz.
 
- Artiq milli komandanın düşərgəsinə yollanırsız...
- Sabah yəqin ki, toplantı olacaq. Baş məşqçi futbolçularla söhbət edəcək. Biz bilirik ki, bizi qarşıda ağır oyunlar gözləyir. Millinin bütün üzvləri hamısı formadadır. Düşünürəm ki, hər iki oyundan xallar götürə bilərik.
 
Millifutbol.az

Xəbər xətti