"Karvan"ın oyunun vaxtı dəyişdirildi

15:30 - 5 Oktyabr 2013

 I Divizionda dəyişiklər oldu
 
Azərbaycan I Divizionunun 4-cü turunun oyunlarında dəyişiklik edilib.
 
Sportal.az xəbər verir ki, Yevlax şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin planlaşdırılması ilə əlaqədar olaraq “Karvan” – “Şəmkir” oyunu 5 oktyabr tarixindən 6 oktyabr tarixinə keçirilib.
Turun “Bakılı” - “Ağsu” qarşılaşması isə Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.



6 oktyabr (bazar)
“Karvan” – “Şəmkir”
Hakimlər: Teymur Fərhadov, Samir Hacıyev, İftixar Qəniyev, Kərim Kərimov
Hakim-inspektor: Rafiq Pənahpur
Yevlax şəhər stadionu.
 
“Bakılı” – “Ağsu”
Hakimlər: Ramil Əhmədov, Rza Məmmədov, Habil Əliyev, Anar Göyçayski
Hakim-inspektor: Vaqif Sadıxov
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.

Xəbər xətti