"Milan"ın baş məşqçisi:"Yuventus" çempionluğa əsas favoritdir"

21:05 - 5 Oktyabr 2013

Alleqri "Yuventus"la oyundan danışdı
 
İtaliya A seriyasının 7-ci turu çərçivəsində “Yuventus”la qarşılaşacaq “Milan”da baş məşqçi Massimiliano Alleqri rəqibi tərifləyib.
 
Sportal.az xəbər verir ki, Alleqri “Yuve”ni nəinki bu turdakı matçın, ümumiyyətlə, çempionatın favoriti sayır: “Yuventus” böhrana baxmayaraq, çempionluğa əsas favoritdir. A seriyasının qalibi olmağa bir nömrəli namizəd Turin klubudur. Kontenin komandası öz gücünü qoruya bilir”.
 
Qeyd edək ki, “Yuventus” – “Milan” oyunu sabah keçiriləcək.

Xəbər xətti