Yığma komandamız hazırlıqlara başladı

15:52 - 6 Oktyabr 2013

Ufuk Budak və Rüfət Dadaşov bu gün milliyə qoşulacaq

 

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi artıq bu qarşılaşmalara hazırlığa start verib. 

Sportal.az xəbər verir ki, komandamız iki gündü ki, baş məşqçi Berti Foqtsun rəhbərliyi altında məşq edir.

Artıq bir neçə məşqə çıxan komandamızın hazırlıq prosesi mətbuat üçün qapalıdı. Jurnalistlərin yığmamızın məşqlərinə oktyabrın 8-də buraxılması nəzərdə tutulub.

Foqts hazırda 20 futbolçu ilə hazırlıq keçir. Ufuk Budakla Rüfət Dadaşov yığmamızın düşərgəsinə bu gün qoşulacaq. Sabah isə Ruslan Abışov, Cihan Özkara və Əli Gökdəmirin də düşərgəyə təşrif buyurması gözlənilir.

Qeyd edək ki, baş məşqçi Berti Foqts Şimali İrlandiya və Rusiya ilə oyunlar üçün yığmamıza 25 futbolçu dəvət edib:

Xəbər xətti