Yığmamız Latviyanın I divizion təmsilçisinə qalib gəldi

10:27 - 7 Oktyabr 2013

U-19 yoldaşlıq oyununda qələbə qazanıb 
 
Latviyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, Latviyanın 1-ci Divizionunda çıxış edən "Tukums" klubu ilə qarşılaşan yığmamız Ruslan Nəsirli və Orxan Əliyevin vurduğu qollar sayəsində qələbə qazanıb - 2:0.
 
Xatırladaq ki, U-19 yığmamız oktyabrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq. Komandamız İrlandiya, Bosniya və Herseqovina və İsveç yığmalarıyla qarşılaşacaq.

Xəbər xətti