"İndi bütün diqqətim bu komandaya yönəlib"

14:21 - 7 Oktyabr 2013

İbrahim Şehiç: "Qarabağ"dakı şəraiti görəndə doğrudan təəccübləndim"
 
“Qarabağ”dakı şəraiti görəndə doğrudan təəccübləndim. Burda məşq etmək üçün çox gözəl şərait mövcuddu. Şəhər özü də çox gözəldi. “Qarabağ” iddialı komandadı. Onların əsas hədəfi növbəti mövsümdə Avropa Liqasının qrup mərhələsində oynamaqdı”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina mətbuatına açıqlamasında deyib.
 
“Artıq yeni klubum var. İndi bütün diqqətim bu komandaya yönəlib. Mənə sadəcə “Qarabağ” rəhbərliyinin etimadını doğrultmaq lazımdı”.

Xəbər xətti