Azərbaycan - Rusiya matçı Sumqayıt şəhər stadionunda oynanılacaq

16:19 - 7 Oktyabr 2013

Veteran futbolçular yoldaşlıq görüşünü Mehdi Hüseynzadədə oynayacaq
 
Azərbaycan və Rusiyanın veteran futbolçuları arasında keçiriləcək yoldaşlıq görüşünün stadionu dəyişdirilib.
 
Sportal.az xəbər verir ki, sözügedən qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
 
Xatırladaq ki, bu görüşün öncədən “Bayıl Arena”da keçirilməsi nəzərdə tutulmuşdu.
 
Veteranlar arasındakı qarşılaşma oktyabrın 15-də keçiriləcək və saat 16:00-da start götürəcək

Xəbər xətti