"Rəvan"ın yeni baş məşqçisi bəlli oldu

17:40 - 7 Oktyabr 2013

Şahin Diniyev rəsmən "Rəvan"da
 
"Rəvan” klubu baş məşqçi postuna Şahin Diniyevi təyin edib. 
 
Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb. 
 
Başqa sözlə, Diniyev 2015/16 mövsümünün sonuna qədər "Rəvan”ın baş məşqçisi olacaq. Artıq onun rəhbərlik edəcəyi məşqçilər korpusunun tərkibi də müəyyənləşib. Diniyevə Nazim Əliyev və Xaliq Mərdənov kömək edəcək.

Xəbər xətti