AZAL baş məşqçisiz qaldı

00:22 - 8 Oktyabr 2013

AZAL-ı qoyub, "Rəvan"a getdi
 
AZAL-ın əvəzedici komandası baş məşqçisiz qalıb.
 
 Sportal.az xəbər verir ki, komandaya rəhbərlik edən Nazim Əliyev "Rəvan"a baş məşqçi təyin olunan Şahin Diniyevin köməkçisi olmağa razılıq verib.
Bu səbəbdən AZAL əvəzedici komandası üçün yeni baş məşqçi axtarmağa məcbur olub. Yeni çalışdırıcının kimliyinə yaxın günlərdə aydınlıq gələcək.

Xəbər xətti