Mövsümün ilk "el klassiko"sunun vaxtı müəyyənləşdi

00:51 - 8 Oktyabr 2013

Matç 21:00-da başlayacaq
 
 
"Barselona" və "Real" (Madrid) arasındakı mövsümün ilk derbisinin vaxtı müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, X tura təsadüf edəcək "El Klasiko" oktyabrın 26-da keçiriləcək.
 
"Nou Kamp"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Bu il martın 2-də keçirilən son "El Klasiko"da "Real" "Barselona"nı səfərdə 2:1 hesabı ilə məğlub eləmişdi. 

Xəbər xətti