Azərbaycan kubokunda tarix təkrarlanacaq

15:35 - 8 Oktyabr 2013

Kubokun final keçən ilki ilə eyni gündə baş tutacaq
 
 
Bu gün 2013/2014 mövsümü üçün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.
 
Sportal.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.
 
Qeyd edək ki, yeni mövsümdə 20 klub bu turnirdə qüvvəsini sınayacaq. Bunlar “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Simurq”, “Qəbələ”, “Bakı”, AZAL, “Rəvan”, “Sumqayıt”, “Qaradağ-Lökbatan”, “Araz Naxçıvan”, “Neftçala”, “Ağsu”, MOİK, “Şuşa”, “Lokomotiv”, “Kəpəz”, “Şahdağ” və “Mil-Muğan”dı.
 
Birinci Divizionda mübarizə aparan klublardan “Turan-T”, “Bakılı”, “Göyəzən”, “Energetik”, həmçinin “Şəmkir”lə “Karvan” kubokda iştirakdan imtina ediblər.

Püşkatma nəticəsində klublar aşağıdakı şəkildə bir-birinə rəqib olublar:
 
Azərbaycan Kuboku
1/16 final (bir oyundan ibarət olacaq)
22-24 oktyabr
 
1: Şuşa – Şahdağ
2: MOİK – Qaradağ-Lökbatan
3: Mil-Muğan – Lokomotiv
4: Araz Naxçıvan - Ağsu
 
1/8 final (bir oyundan ibarət olacaq)
4 dekabr
 
5: İnter – 1-ci cütün qalibi
6: Neftçi – Kəpəz
7: 2-ci cütün qalibi – Rəvan
8: Bakı - Sumqayıt
9: 3-cü cütün qalibi – Qəbələ
10: Qarabağ – AZAL
11: 4-cü cütün qalibi - Simurq
12: Xəzər Lənkəran – Neftçala
 
1/4 final
12-13 və 19 mart, 2014-cü il

1-ci cütlük: 5 və 6-cı oyunların qalibləri
2-ci cütlük: 7 və 8-ci oyunların qalibləri
3-cü cütlük: 9 və 10-cu oyunların qalibləri
4-cü cütlük: 11 və 12-ci oyunların qalibləri

Yarımfinal
16 və 24 aprel
 
1 və 2-ci cütün qalibləri
3 və 4-cü cütün qalibləri
 
Final
28 may

Xəbər xətti