"Mənə elə gəlir ki..."

16:21 - 8 Oktyabr 2013

Rauf Əliyev:"Buna görə Bakıdakı görüşə yüksək motivasiya ilə çıxacaqlar”
 
 
 
“İki gündür yaxşı hazırlıq keçirik. Şimali İrlandiya və Rusiya ilə oyunlarda müsbət nəticə əldə etməyə çalışacağıq”. 
 
Sportal.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rauf Əliyev söyləyib. 
 
Qarşıdakı iki oyunu vacib adlandıran futbolçu belə davam edib:
 
“Bizi iki vacib oyun gözləyir. Amma mənə elə gəlir ki, Şimali İrlandiya ilə görüş Rusiya ilə oyundan daha vacibdi. Çünki bu oyunda qələbə qazanmaq şansımız daha yüksəkdi. Şimali irlandiyalılar son oyunlarını uduzublar. Yəqin ki, buna görə Bakıdakı görüşə yüksək motivasiya ilə çıxacaqlar”.

Xəbər xətti