“Mən bura gələndən onun xəstəliyi klub üçün ən pis hadisə olub"

23:40 - 8 Oktyabr 2013

Tita Vilanova "Barsa"ya geri dönəcək
 
 
“Barselona”nın sahibi Sandro Rossel Tito Vilanovanın komandaya geri dönməsini bəyan edib.
  
Sportal.az  xəbər verir ki, klub rəhbəri sabiq baş məşqçinin mütləq komandaya qayıdacağını bildirib: 
 
“Mən bura gələndən onun xəstəliyi klub üçün ən pis hadisə olub. Əgər Tito sağalsa, o, əlbəttə ki “Barselona”ya qayıdacaq. Mən bilmirəm hansı vəziyyətdə, amma o qayıdacaq”.
 
Xatırladaq ki, Katalon klubunun sabiq baş məşqçisi Tito Vilanova xərçəng xəstəsi olduğu üçün klubdan ayrılıb. Onun yerinə Jerardo Martino gəlib. 
  

Xəbər xətti