"Azərbaycana qalib gələ bilməsək, futbolun mənası yoxdur"

01:07 - 9 Oktyabr 2013

Norvud Azərbaycanla oyundan danışdı
 
 
"Bizim azarkeşlərimiz qarşısında borcumuz var. Lüksemburqla görüşdən sonra onlar bizim ünvanımıza bir sıra kəskin ifadələr işlətdilər. Biz indi komanda olaraq bu vəziyyəti düzəltməliyik. Qarşıdakı oyunlarda altı xal qazana bilsək, münaqişə öz həllini tapar. Ancaq buna nail olmaq çox çətin olacaq. İstənilən halda Azərbaycan və İsrailə səfərdə qalib gələcəyimizə inanmağımız lazımdı. Əks halda futbol oynamağın mənası yoxdu".
 
Sportal.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Oliver Norvud deyib.
 
İngilərənin "Haddersfild" klubunda top qovan futbolçu bildirib ki, Azərbaycanla Bakıdakı oyun Belfastdakından fərqlənəcək: "Bu, tamamilə fərqli təcrübə olacaq. Necə də olsa, səfər oyunlarındakı atmosfer evdə alışdığımızdan fərqli olur. Hər halda, maraqlı olacaq".
 
Yarımmüdafiəçi yığmamıza qarşı oynamağa hazır olduğunu söyləyib: “Baş məşqçi mənə inanır və güvənir. O, hətta ən vacib görüşlərdə də məni meydana buaxır. İndi isə Azərbaycan və İsraillə görüşlərə dəvət olunmuşam. Ümid edirəm ki, o, bu oyunlarda mənə də güvənəcək. Baş məşqçi yığmada çox yaxşı işlər görür”.

Xəbər xətti