"Elxan Məmmədov mənə deyir ki, ərizə yaz"

12:54 - 9 Oktyabr 2013

Fazil Abbasov: "AFFA niyə 9 nəfərin təqaüdünü artırır, qalanlarının təqaüdünü artırmır?"

 

"Ömrümün 42 ilini futbola həsr etmişəm. AFFA 9 nəfərin təqaüdün artırıb, amma qalanlarını yox. Mən pula görə demirəm, sadecə olaraq niyə ayrı-seçklik edirlər?"

 

Bu sözləri Sportal.az-a açıqlamasında əməkdar məşqçi Fazil Abbasov deyib. Abbasov Elxan Məmmədova müraciət etdiyini də fikirlərinə əlavə etdi:

 

"Getdim Elxan Məmmədovun yanına ki, buna bir aydınlıq gətirsin. Məmmədov da mənə deyir ki, ərizə yaz. O da Dedi ki, bir də baxacağıq bu məsələyə. 9 nəfərə 250 manat verirlər bizə 170 manat. Niyə belə edirlər bilmirəm. Onlar futbol oynayıb, biz oynamamışıq?

 

Fuad Musayevin vaxtında veteranlara hər cürə köməklik olurdu. İndi bizi heç bir tədbirə dəvət etmirlər. Sonra da Fuad Musayevi bəyənmirlər."

Xəbər xətti