"XL"ə qol vurdu, məşqə qatılmadı

18:01 - 9 Oktyabr 2013

 
Şahin Diniyev yeni komandası ilə ilk məşqinə çıxdı
 
"Rəvan” bu gün yenidən məşqləri bərpa edib.  
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın IX turunda "Xəzər Lənkəran”la keçirilən oyundan sonra 4 günlük istirahətə buraxılan futbolçular yenidən bir araya gəlib. Klubun rəsmi saytının verdiyi xəbərə görə, "Dalğa Arena”da keçirilən məşq həm də komandanın yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi ilə keçdiyi ilk hazırlıq olub. Məşqdən əvvəl isə yeni baş məşqçi komandaya təqdim olunub. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev və idman direktoru Füzuli Əliyevin də iştirak elədiyi tədbirdə Diniyev futbolçulara öz oyun konsepsiyasını izah edib və yetirmələri ilə səmimi söhbət edib. Məşqə gəlincə, hazırlıq təxminən 1 saat davam edib. Məşqdə Elvin Həsənəliyev və Aqil Nəbiyev fərdi proqram əsasında çalışıbsa, qalan bütün futbolçular komanda şəklində hazırlaşıb. Yalnız zədə üzündən ili başa vuran Tofiq Mikayılovla Tacikistan yığmasının düşərgəsində olan Sohib Savankulov Diniyevin ilk məşqinə qatılmayıb.

Xəbər xətti