"Barsa"ya şad xəbər

23:25 - 9 Oktyabr 2013

Puyol yaşıl meydanlara geri dönür
 
“Barselona”nın təcrübəli müdafiəçisi Karles Puyolun yaşıl meydanlara dönəcəyi konkret vaxt bəlli olub.
 
Sportal.az xəbər verir  ki, 35 yaşlı futbolçu uzun müddət idi ki, zədədən əziyyət çəkirdi və bu səbəbdən komandasına kömək edə bilmirdi. Ancaq Puyolun həsrətli günləri başa çatmaq üzrədir. Belə ki, sözügedən oyunçu La Liqanın 9-cu turu çərçivəsində “Osasuna” ilə keçiriləcək matçda “Barsa”nın heyətində yer alacaq. Onu da bildirək ki, “Osasuna” – “Barselona” qarşılaşması oktyabrın 19-da baş tutacaq. 

Xəbər xətti