"Real" İngiltərədən daha bir futbolçu alır

23:50 - 9 Oktyabr 2013

Klub futbolçu ilə danışıqlara başlayıb
 
“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi David Silvadan əl çəkmir.
 
Sportal.az xəbər verir ki, uzun illərdir ispaniyalı oyunçunu qarabaqara izləyən “kral klubu”nun indi ona ehtiyacı daha çoxdur. Kaka və Kalyexonu yayda satan “Real”da yeni transfer Qaret Beyl də zədələrlə mübarizə aparır. Bu səbəbdən də baş məşqçi Karlo Ançelotti dövrələrarası fasilədə mütləq bir ulduz yarımmüdafiəçi alınmasını istəyib. Rəhbərlik də dərhal Silvanın razılığını almaq üçün həm onun özü, həm də klubu ilə danışıqlara başlayıb. 

Xəbər xətti