"Bu transferi bu qədər şişirtmək lazım deyil"

00:18 - 10 Oktyabr 2013

Karlos:"O, buna layiqdir"
 
“Real”ın sabiq futbolçusu Roberto Karlos mətbuata açıqlamasında Madrid klubunun transfer siyasəti haqda danışıb.
 
Sportal.az xəbər verir ki, “Sambaçı” “qalaktikos”un Qaret Beylə görə 100 milyon avro xərcləməsini bu cür qarşılayıb: “Əgər madridlilər Beylin transferinə bu qədər pul xərcləyiblərsə, deməli, o buna layiqdir. “Real” vaxtilə Zidan, Fiqu, Ronaldo və Kriştianu Ronaldoya görə də külli miqdarda pul xərcləyib. Xüsusi futbolçular xüsusi qiymətə layiq olurlar. Odur ki, Beylin transferini bu qədər şişirtmək lazım deyil”. 

Xəbər xətti