Millinin oyununa biletlər neçəyədir?

11:29 - 10 Oktyabr 2013

Bilet satışı davam edir

 

2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası son iki oyununu - oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə "Bakcell Arena"da keçirəcək.

 

Sportal.az xəbər verir ki, bunu nəzərə alan AFFA bilet satışında yeni kampaniyaya start verib. Belə ki, biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə olacaq və 2 oyuna bir bilet satılacaq. Bu kampaniyadan faydalanmaq istəyən azarkeşlər sektorundan asılı olaraq 10 və 12 manata 2 oyun üçün (Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya) bilet əldə etmək hüququ qazanacaq. Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrılıqda satılacaq.

Xəbər xətti