Şahin Diniyev:"Dekabrdan sonra tam başqa "Rəvan" görəcəksiniz"

12:52 - 10 Oktyabr 2013

"Bəhman Həsənovun komandada qalmağı məni narahat etmir"
 
"Millinin mətbuat konfransı olduğu halda bura gəldiyiniz üçün təşəkkür edirəm. Mən də çalışacam, mətbuatla səmimi əlaqədə olum. Biz komanda olaraq hələ funksional uslübda məşq edirik. Komanda haqqında ilk təəssüratlarım belədir ki, futbol oynamaq həvəsləri var. Sadəcə bunların hamısını bir arada etmək lazımdr. Bir oyunla hər şey bimir. Hal-hazırda komandanın 6 xalı var, bu da yaxşı nəticə deyil. Ona görə, komanda üzərində bir az işləmək lazımdır"
 
Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan"ın yeni baş məşqçisi Şahin Diniyev keçirdiyi mətbuat konfransında deyib.O, həmçinin rəhbərliklə söhbətindən də danışdı:
 
"Rəhbərliklə  danışıqlar oldu. Mən istədim ki, komandanın prezidenti ilə görüşüm. Hər bir baş məşqçinin işləməyi üçün şərtləri olur. rəhbərliyin şərti də oldu, mənim də. Komandanın bazası hazırdır demək olar ki. Mənim rəhbərliyə sözüm o oldu ki, mən komandanı daha  yaxşı yerlərə gətirim. Və onu da bildirdim ki, komandada birinci olaraq gözəl oyun göstərməyi boynuma götürürəm. Uduzanda da gözəl uduzaq. Heyətin özündə boşluqlar var və indi onu doldura bilmirik. Mən futbolçulara dedim ki, mən bu yolu sizinlə getmək istəyirəm. Mən ulduz futbolçularla yox, ulduz olmaq istəyən futbolçuları transfer edəcəyəm. Komandadan iki məşqçinin getməyi məni də narahat etdir. Hər şeyin zamana ehtiyacı var, zamanın da zamana ehtiyacı var. İki məşqçinin getməyi barədə mənə zəng gələndə, ilk bunu fikirləşdim. Mən istəyirdim ki, klub prezidenti ilə görüşüb zəmanət səlahiyyəti alım. Biz komandanı daha peşəkar səviyyəyə gətirəcəyik. Nə olursa, baş məşqçinin günahı var. Əgər işimi savadla görürəmsə, niyə problem olsun? Əgər mən bir şeyi tələb etmirəmsə, rəhbərlik nə etsin?. Mən də iclasda bildirdim ki, biz futbolçulara görə buradayıq, onlar olmasa baş məşqçi nəyə lazımdır. Bizim məsələyə yanaşma tərzimiz peşəkardırsa, yüz faiz nəticə əldə edəcəyik. Mənim karyeramda ən çətin dönəm "Terek"də olub orada da  5 aya komanda formalaşdırmışdım. Dünənki məşqdə gördüm ki, burada futbolçular daha istəklidir. Mən çalışacam ki, komandadan ayrılan və sonradan yeni qayıdan məşqçilərin içində ən gözəl hissləri üzə çıxardım. Mənim çox şeyimi əlimdən ala bilərlər, amma savadımı, xasiyyətimi yox. Bəhman Həsənovun komandada qalmağı məni narahat etmir.
 
Kimsə nəticə dalınca qaçırsa, heç vaxt əldə edə bilmir. İlk əvvəl çalışacam ki, komanda gözəl oyun oynasın. Əgər biz nəticəyə görə hansısa komandanı udsaq, həmin komandanın baş məşqçisindən üzr istəyəcəm. Mən futbolçulara aşılayacam ki, kiçik bir təsadüfdənsə, böyük uğur qazanaq.
Əsasən 4-2-3-1 sxemii ilə komandanı oynatmaq istəyirəm. Biz özümüzə gələnə kimi, bu taktika ilə oynayacağıq. Amma biz hal-hazırda 9-cu pillədəyik və rəqibin oyununa görə taktika hazırlayacağıq.
"Rəvan" yeganə komandadır ki, oyunlarının çoxunu izləməmişəm. Amma indi disklərdən izləyirəm. Heyətdə olmaq üçün mənə görə futbolçunun adının önəmi yoxdur, kim məşqlərdə özünü yaxşı göstərsə, o da oynayacaq. İndi onu deyim ki, "Rəvan"ın müdafiə xəttində böyük problemlər var və hal-hazırda bu problemləri həll etməyə çalışacağıq. Dekabrdan sonra heç kimin önündə baş əyən "Rəvan" görməyəcəksiniz.
 
Əgər biz indi çempionatı hansısa irəli pillədə bitirmək istəyiriksə, onda oyun göstərə bilməyəcəyik. Ancaq bütün komandalarla oynamaq mümkündür. Əgər mən görəcəm ki, bu komandaya xeyrim dəymirsə, çantamı götürüb gedəcəm, təzminatsız.
 
Klub sahibi  bildirdi ki, o, nəticəyə görə baş məşqçini qovmamışam. Başqa amillərə görə gedə bilər, amma nəticəyə görə yox".

Xəbər xətti