"Yuventus" "MY"nun müdafiəçisini yoldan çıxardır

15:00 - 10 Oktyabr 2013

İtalyanlar futbolçu ilə danışıqlara başlayıb
 
“Mançester Yunayted”in mərkəz müdafiəçisi Nemanya Vidiç “Yuventus”un maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, serbiyalı futbolçu rəhbərliklə görüşərək, yeni müqavilə ilə bağlı nə düşündüklərini öyrənməyə çalışıb. Çünki onun anlaşması cari mövsümün sonuna qədərdir. “Yuve” isə indidən futbolçu ilə təmasa keçib və onu Turinə köçməyə razı salmağa çalışır. Əgər “Yuventus” Vidiçlə ortaq məxrəcə gələ bilsə, gələn yay onu havayı heyətə cəlb edəcək. 

Xəbər xətti