"Mən Foqtsun fikirləri ilə razı deyiləm, hansı ki....”

16:27 - 10 Oktyabr 2013

Şimali İrlandiyanın baş məşqçisi millimizin futbolçularını fərqləndirdi
 
“Azərbaycan haqqında onu deyə bilərəm ki, Cihan Özkara, Rauf Əliyevin adını çəkə bilərəm. Son illər sizdə yüksəliş var. Razıyam ki, hər bir məşqçi istəyir ki, qələbə qazansın. Azərbaycan millisini Portuqaliya və Rusiya kimi komandalarla eyni gücdə görürük. Bununla belə, sizin komandanızla Şimali İrlandiyadakı oyunda çoxlu qol şanslarımız olub".
 
Sportal.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nil deyib.O, Foqtsla razılaşmadığını da dilə gətirib
 
 “Son oyunda uduzduğumuz üçün məyusuq. Ona görə də, bu matçda qalib gəlməyə çalışacağıq. Komandada ciddi problem yoxdur. Yalnız 2 futbolçunun oynaması sual altındadır”.Mən Foqtsun fikirləri ilə razı deyiləm, hansı ki, hakimin səhvi sayəsində xal itirdiklərini söyləyir”.
 
Baş məşqçi Devid Hilinin millimizə 2 qol vurduğundan xəbərdar olduğunu vurğulayıb: “Onu yığmaya çağırmamağımız fiziki hazırlığı ilə bağlıdır. Devid artıq futbolu demək olar bitirib. Hazırda heç bir yerdə oynamır. Qarşıdakı görüşlərdə komandanın çox futbolçusuna daha çox şans vermək istəyirəm. İstəyirəm ki, gələcəkdə onların milliyə köməyi dəysin. Məqsədimiz tək yuxarı pillələri tutmaq deyil. İstəyirik ki, yaxşı oyun göstərək”.

Xəbər xətti