"Monako"dan daha bir transfer

17:11 - 10 Oktyabr 2013

Sissoko "Monako" ilə birlikdə məşqə çıxır
 
28 yaşlı yarımmüdafiəçi Mohammed Sissoko karyerasını "Monako"da davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, malili futbolçu klubla məşqlərə çıxır.
Xatırladaq ki, sentyabrın əvvəllərində Sissoko PSJ ilə müqaviləsini ləğv etmişdi və hələ də azad agent statusundadır.
Bundan öncə futbolçunun "Napoli" və "Redinq"ə transfer oluna biləcəyi qeyd edilirdi.

Xəbər xətti