Ançelotti 17 köməkçi ilə işləyir

22:00 - 10 Oktyabr 2013

Baş məşqçinin köməkçiləri arasında oğlu və kürəkənin olması narazılığa səbəb olub
 
 
"Real"ın baş məşqçisi Karlo Ançelottinin Madrid klubunu 17 köməkçisi ilə çalışdırdığı məlum olub.
 
Sportal.az xəbər verir ki, İtaliyalı mütəxəssis Kral klubu ilə müqavilə imzalarkən 8 əlavə köməkçisinin də olmasını istəyib. Bununla da, "Real"ın təmin etdiyi 9 məşqçi ilə birlikdə Ançelottinin köməkçilərinin sayı 17-ə yüksəlib.
 
Ancaq baş məşqçinin köməkçiləri arasında oğlu və kürəkənin olması narazılığa səbəb olub. Hər iki şəxsin klubdan yaxşı maaş aldığı bildirilib.
 
Təcrübəli mütəxəssisin Madrid klubuna gətirdiyi adamlar bununla da bitməyib. Onun ən yaxın dostu və köməkçisi olan Qiovanni Maurinin oğluna da klubun həkimləri arasına gətirdiyi iddia edilib.

Xəbər xətti