"Bizim Neymar və Messi kimi futbolçularımız yoxdur"

23:20 - 10 Oktyabr 2013

Robben:"Bavariya" ikinci "Barselona" deyil"
 
“Bavariya”nın hollandiyalı futbolçusu Aryen Robben alman mətbuatına maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, Qvardiolalı “Bavariya”nın ikinci “Barselona” olmadığını deyib: “Əksəriyyət belə düşünür ki, “Bavariya” “Barselona”nın oyun fəlsəfəsini davam etdirir. Halbuki bu, həqiqətə uyğun deyil. Biz özümüzü heç kimə bənzətmirik. “Bavariya” ikinci “Barselona” deyil. Bizim Xavi və Messi kimi oyunçularımız yoxdur, əvəzində digər səviyyəli oyunçulara malikik”. 

Xəbər xətti