"Buranı tərk etsəm də, sonuna qədər "Qarabağ" azarkeşi olacam"

01:33 - 11 Oktyabr 2013

"Qarabağ"da növbəti ayrılıq baş tutdu
 
"Qarabağ"ın aşağı yaş qruplarının idari sistemində dəyişiklik baş verib.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin aşağı yaş qruplarının texniki koordintoru Sebahettin Tekin işindən ayrılıb. Türkiyəli mütəxəssis 2 il aşağı yaş qruplarında futbolçu yetişdirilmə işinə nəzarət edirdi. O, ailə zəminində yaranmış problemlərlə əlaqədar olaraq klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib. Klub rəhbərliyi durumu anlayışla qəbul edərək Tekinin ərizəsini qəbul edib. Sebahettin bəy klubun rəsmi saytına açıqlamasında belə danışıb: "2 ildi "Qarabağ"da çalışıram. Həqiqətən, burda unudulmayacaq vaxtlar keçirmişəm. 2 il boyunca komandaya şərəflə və sevgiylə xidmət etdik. "Qarabağ"ın özəl bir klub olduğunu anlamaq üçün burda 1 gün keçirmək belə kifayətdi. İnanıram ki, "Qarabağ"ın uşaq futbolunun inkişafı üçün nələrsə etməyi  bacarmışam. Klubda rəhbərlikdən tutmuş ən sıravi işçiyə kimi hər kəs işinə sevgi və məsuliyyətlə yanaşır. Rəhbərlik uğur qazanmaq üçün lazım olan hər bir şeyi etməyə çalışır. Burda olduğum müddətdə ancaq xoş xatirələrim yadımda qalıb. Təəssüf ki, ailəvi səbəblərdən dolayı ayrılmaq məcburiyyətində qaldım. Sağ olsun, məni anlayışla qarşıladılar. Düzdü, artıq buranı tərk edirəm amma hər zaman "Qarabağ"ın azarkeşi olaraq qalacam. "Qarabağ"a hər zaman uğurlar arzulayıram". 

Xəbər xətti