AZAL və "Qarabağ" nə vaxt qarşılaşacaq?

17:01 - 11 Oktyabr 2013

Komandalar sabah üz-üzə gələcəklər
 
Azərbaycan Premyer Liqanın X turunda "Sumqayıt"la matçın hazırlıqlarını davam etdirən "Qarabağ" millinin oyunları ilə əlaqədar yaranmış fasilədə yoxlama oyunu keçirəcək.
 
Sportal.az xəbər verir ki, yaranmış boşluğu doldurmaq üçün Ağdam təmsilçisi sabah saat 11.00-da AZAL-la hazırlıq matçına çıxacaq. Oyun Şüvəlandakı “AZAL Arena”da olacaq.
 
Qeyd edək ki, sözgedən komandalar dekabrın 4-ü Azərbaycan kubokunun 1/8 final mərhələsində də qarşılaşacaqlar.

Xəbər xətti