Foqts:"Rəqibin də şansları var idi, amma, bəxtimiz gətirdi"

00:55 - 12 Oktyabr 2013

"İlk dəfə məni alqışladınız, buna görə..."
 
Xəbər verdiyimiz kimi, yığmamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində az öncə Şimali İrlandiya ilə qarşılaşdı. 2:0 hesabı ilə qazanılan qələbədən sonra millimizin həm yubiley oyununda qələbəni qazandıran, həm də ilk dəfə millimizə 8 xal qazandıran komandamızın baş məşqçisi Berti Foqts oyun sonrası təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, mətbuat konfransında Foqts sevincli görünüb: 
 
“Düşünürəm ki, qələbəyə görə hamı sevindi. Düzdür,ilk hissədə taktiki səhvlərə yol verdik. Rəqibin də şansları var idi.Amma, bəxtimiz gətirdi. Fasilədən sonra etiyimiz dəyişiklilər öz sözünü dedi. İlk dəfə məni alqışladınız, buna görə sizə təşəkkür edirəm. Qələbəni prezidentə hədiyyə edirik” 

Xəbər xətti