Millimizin kapitanı: "Mənə bir milyon dollar versələr də..."

01:15 - 12 Oktyabr 2013

"Hamı Berti Foqtsun getməsini istəsə də, futbolçular onun qalmağını istəyir"
 
Az öncə yekunlaşan Azərbaycan - Şimali İrlandiya matçından sonra (2-0) komandamızın kapitanı Rəşad Sadıqov Sportal.az-a açıqlama  verib: 
O, komandanın baş məşqçisi Foqtsun qalmasını istədiyini də gizlətməyib:
 
 
"Biz Şimali İrlandiyanın 4 müdafiəçi ilə oynayacağını gözləyirdik. Amma, rəqib 3 müdafiəçi ilə matça başladı. Bu bizim oyunumuza təsir göstərdi. Amma, buna baxmayaraq bütün gücümüzü ortaya qoyub qələbə qazandıq. Hamı Berti Foqtsun getməsini istəsə də, futbolçular onun qalmağını istəyir. Biz eyni zamanda Berti Foqtsun qalması üçün mübarizə aparıb, qələbə qazandıq. Komandanın pul mükafatına görə qalib gəldiyini düşünməyin. Mənə bir milyon dollar da versələr, eyni oyunu göstərəcəm. Həmçinin komanda yoldaşlarım da. Mart ayından bəri yaxşı nəticələr əldə etməyimizin səbəbi komandada özünəinamın artması ilə bağlıdır."

Xəbər xətti