Həmyerlimiz Qırğızıstan millisində debüt etdi

01:44 - 12 Oktyabr 2013

İlqar Nəbiyev 22 dəqiqə forma geyindi
 
Azərbaycanlı futbolçu İlqar Nəbiyev Qırğızıstan milli komandasında debüt edib.
 
Sportal.az xəbər verir ki, o, bu gün Qırğızıstan milli komandasının heyətində Küveytə qarşı oynayıb.
 
Oyun isə Qırğızıstan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlqar matçın 68-ci dəqiqəsində Axletddin İsrailovun əvəzinə meydançaya çıxıb. Bu barədə Qırğızıstan Futbol Federasiyasının rəsmi saytında da məlumat yerləşdirilib.
 
Qeyd edək ki, İlqar Litvanın “Tauras” klubunda forma geyinir.

Xəbər xətti