"Qarşıdakı oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq"

12:41 - 12 Oktyabr 2013

Vüqar Nadirov: "İkinci hissədə daha yaxşı oynadıq"
 
 
“Birinci hissədə arxadan oynadıq. Sonradan isə öz oyunumuzu tapdıq. Yaxşı oyun göstərdik. İkinci hissədə artıq rəqibimizidən  üstün idik və buna görə də qollar vurduq. Rəqibdən daha aqressiv oyun gözəyirdik. Amma belə olmadı. Bu qələbə bizim üçün yaxşı oldu. Çünki Rusiya ilə oyun daha yaxşı əhval-ruhiyyədə çıxacağıq”.
 
 Bu sözləri Sportal.az-a açıqlamasında milli komandamızın hücumçusu Vüqar Nadirov deyib. Nadirov qarşıdakı oyunda da belə oynamaq istədiklərini bildirib:
 
“Rusiya ilə oyunda da belə oynayıb xal qazanmağa çalışacağıq. Rəqibimiz güclüdür, amma qalib gəlmək də olar. Hələ bu barədə danışmaq çox tezdir. Gözləyək görək nə olur.

Xəbər xətti