"Azərbaycana məğlubiyyəti faciə hesab etmək lazım deyil"

13:02 - 12 Oktyabr 2013

Kristofer Brant:"Kamran Ağayevin oyununu xüsusi ilə fərqləndirərdim"
 
"Biz bilirdik ki, bizi çətin oyun gözləyir. İlk hissə çox rahat və istədiyimiz oyunu göstərə bildik. Ancaq ikinci hissədə Azərbaycan daha yaxşı oynadı. Biz də rəqibə şanslar verdik, onlar da bu fürsətlərdən layiqincə istifadə etdilər. Azərbaycan millisində qapıçınin (Kamran Ağayev) oyununu fərqləndirərdim"
 
Bu sözləri Şimali İrlandiyanın futbolçusu Kristofer Brant Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin bu məğlubiyyəti faciəolmadığını  da bildirib:
"Biz bura yalnız qələbə üçün gəlmişdik. Amma alınmadı, məğlub olduq. Bu normal bir hal deyil, ancaq bu halı da faciələşdirmək olmaz. Komandanızı təbrik edirəm"

Xəbər xətti