Berti Foqts mətbuat konfransına gəlməyəcək

13:22 - 12 Oktyabr 2013

 

 Mətbuat konfranslarının vaxtı açıqlandı
 
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan – Rusiya oyunundan əvvəl hər iki komandanın keçirəcəyi mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Sportal.az xəbər verir ki, oktyabrın 14-də keçiriləcək mətbuat konfransında millimizin baş məşqçisi Berti Foqts iştirak etməyəcək. 

 
Azərbaycan milli komandası
13 oktyabr. Saat 16:45. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Mətbuat və azarkeşlər üçün açıq məşq
 
14 oktyabr. Saat 11:00.
Nazim Süleymanov, Aslan Kərimov və futbolçuların iştirakı ilə mətbuat konfransı
 
Rusiya milli komandası
14 oktyabr. Saat 18:00. 8-ci km qəsəbə stadionu
İlk 20 dəqiqəsi mətbuat üçün açıq məşq
 
14 oktyabr. Saat 19:30. 8-ci km qəsəbə stadionu
Fabio Kapellonun mətbuat konfransı
 

 

Xəbər xətti