Rusiya millisi ölkəmizə nə zaman gələcək?

17:38 - 12 Oktyabr 2013

Fabio Kapellonun yetirmələri “Bakcell Arena”da açıq məşqə çıxacaq
 
Rusiya yığmasının Bakıya gələcəyi tarix müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, şimal qonşularımız ölkəmizə oktyabrın 14-də təşrif buyuracaqlar.
 
Bu gün və sabah isə ruslar Moskvada iki açıq məşqə çıxacaqlar. Ayın 14-də Fabio Kapellonun yetirmələri “Bakcell Arena”da açıq məşqə çıxacaq. Məşq saat 18:30-da start götürəcək. 19:30-da isə italiyalı mütəxəssisin mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Azərbaycan – Rusiya matçı oktyabrın 15-də keçiriləcək və saat 22:00-da start götürəcək.

Xəbər xətti