"İnter" toplanışını qələbə ilə başa vurdu

22:09 - 12 Oktyabr 2013

"İnter" bu gün Bakıya qayıdır
 
Məlumat verdiyimiz kimi, "İnter" komandası Gürcüstanda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama matçına çıxdı
 
Sportal.az xəbər verir ki, "Lokomotiv" FK-nın təlim-məşq bazasında Rustavinin "Metallurq" komandasına qarşı baş tutan oyun 2:0 hesabıyla "İnter"in xeyrinə başa çatdı. Komandanın heyətində Asif Məmmədov və Aleksandr İaşvili fəqrləndilər.
Xatırladaq ki, dünən keçirilən yoxlama matçında da eynilə 2:0 hesablı nəticə qeydə alınmışdı. "Spartak"(Tsxinvali) komandasının qapısından topları Mirsahib Abbasov və Samir Zərgərov keçirmişdilər.
Əlavə edək ki, "İnter" bu gün axşam vətənə qayıdır.

Xəbər xətti