"Çoxları soruşur ki, Ruslan "Rubin"də niyə oynamır?"

22:48 - 12 Oktyabr 2013

Ruslan Abışov:"Biz qələbəyə oynuyacağıq"
 
 Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, şərəfini qoruduğu Kazanın "Rubin" klubunun rəsmi saytına müsahibəsində öncə bunları dilə gətirib:
 
- Ruslan, qarşıda sizi Rusiya ilə oyun gözləyir. Bu görüş sizin üçün nə dərəcədə prinsipialdı?
- Mən belə deməzdim. Amma qələbə qazansaq, xalqımız buna çox sevinəcək. Şimali İrlandiya üzərindəki qələbədən sonra komandamız Rusiya ilə görüşə daha yaxşı əhval-ruhiyyədə hazırlaşacaq. Azərbaycanda bu oyunu böyük maraqla gözləyirlər. Əgər Rusiya ilə heç-heçə etsək, bu, çox yaxşı nəticə hesab olunacaq.
 
- Qrup liderini məğlub etməyi planlaşdırmırsız?
- Əlbəttə, biz qələbəyə oynayacağıq. Çünki rəqibi öz meydanımızda qəbul edəcəyik. Amma Rusiya yığmasına hörmətlə yanaşırıq. Hər halda bu komanda qrupun favoritidi. Lakin biz bu komandaya asan təslim olmayacağıq.
 
- Yığmanın liderlərindən biri olsaz da, klubda o qədər də çox oyun təcrübəsi qazana bilmirsiz...
- Bu, asan deyil. Bizim yaxşı yığma komandamız var. Xalqımız milli üzvlərinin klublarında necə çıxış etməsini diqqətlə izləyir. Çoxları soruşur ki, Ruslan "Rubin"də niyə oynamır? Amma bu, futboldu. "Rubin"də rəqabət yüksəkdi. Başqa güclü futbolçular da var. Mən də bunu yaxşı başa düşürəm və məşq edib, şansımı gözləyirəm.

Xəbər xətti